V Karl

V Karl
fr. Charles de Habsbourg
1519 – 26 yanvar 1556
ƏvvəlkiI Maksimilian
SonrakıI Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi 24 fevral 1500[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 1558[1][2][…] (58 yaşında)
Vəfat səbəbi malyariya
Sülalə Habsburqlar sülaləsi
Atası I Filip (Kastiliya kralı)[3]
Anası Kastiliyalı I Yuanna[3]
Həyat yoldaşı
Uşaqları

Təltifləri Bant ordeni Knight of the Order of the Golden Fleece Order of Alcántara Order of Calatrava Santyaqo ordeni
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Karl və ya İspaniya tarixinə görə I Karl (24 fevral 1500[1][2][…], Gent, Habsburq Niderlandı[d][2]21 sentyabr 1558[1][2][…]) – 1506-cı ildə Burqundiya hersoqu, 1516-cı ildə İspaniya kralı və 1519-cu ildə Müqəddəs Roma imperatoru olan siyasi xadim. Vərəsəlik yolu ilə şimali, cənubi və mərkəzi Avropada böyük miqyaslı torpaqları, eyni zamanda AmerikaAsiya qitələrindəki ispan müstəmləkələrini öz hakimiyyəti altında birləşdirdi. Nəticədə səltənəti 4 km2 sahəyə yayıldı və mülkü ilk dəfə olaraq "üzərində günəşin batmadığı imperiya" olaraq adlandırıldı.

Karl Avropanın ən böyük 3 ailəsinin varisi idi: Burqundiya hersoqluğundan Valualar, Avstriyadan Habsburqlarİspaniyadan Trastamarlar. Valua sülaləsindən Hollandiya və şərqi Fransa torpaqlarını, Habsburq sülaləsindən Avstriya taxt-tacını və babası I Maksimilyandan Müqəddəs Roma imperiyasını, İspaniyanın katolik hökmdarlarının (Kastiliyalı İzabellaII Ferdinand) nəvəsi olaraq isə AmerikaAsiyadakı müstəmləkələriylə birlikdə Kastilya krallığını və cənubi İtaliyanı da əhatə edən Araqon krallığını miras aldı. Müasir İspaniyanı təşkil edən tarixi KastilyaAraqon krallıqlarını öz hakimiyyəti altında birləşdirən ilk hökmdar olmuş, bu səbəblə bir çox tarixi mənbələrdə İspaniyanın ilk kralı olaraq anılmışdır.

Avropanın yarıdan çoxunun miras olaraq bu gənc monarxa qalması isə digər Avropa krallarını təşvişə salmışdı. Bu səbəblə səltənəti boyunca həm daxili, həm də xarici qüvvələrlə mübarizə aparmışdır. Səltənəti boyunca bir çox xırda müharibələrlə yanaşı, 3 böyük miqyaslı müharibə baş tutmuşdur: Fransa ilə baş tutan İtaliya müharibələri, Osmanlı imperiyasının Avropaya gəlişinin qarşısının alınması və dini reformasiya zəminində alman əsilzadələri ilə mübarizə. Əsasən Appennin yarımadasında baş tutan Fransa müharibəsi səltənətinin demək olar ki, böyük bir qismini əhatə etdi.

Osmanlı imperiyası ilə mübarizə isə daha çox Macarıstan torpaqlarında və Aralıq dənizində davam etdi. Türklərin Avropaya irəliləyişi 1529-cu ildə baş tutan və Osmanlı üçün uğursuz hesab edilən Vyana mühasirəsi ilə dayandırıldı. Buna baxmayaraq Karlın adına, Avstriya hersoqu olan kiçik qardaşı Ferdinand uzun illər bu mübarizəni davam etdirdi. Aralıq dənizində qazanılan kiçik qələbələr istisna olmaqla, Osmanlılar Aralıq dənizində hakim mövqe tutdular və dəniz quldurluğu ilə İspaniya ticarətini zəiflətdilər. Digər tərəfdən Karl dini reformasiyaya qarşı çıxdı və həm siyasi, həm də dini müxalifləri olan alman əsilzadələri ilə mübarizə apardı. Buna baxmayaraq protestantlığın yayılmasını önləyə bilmədi və 1555-ci ildə Almaniyanı dini olaraq ikiyə ayıran Auqusburq sülhünü imzaladı.

Karl üsyanlarla o qədər maraqlanmasa da, səltənəti dövründə baş verən 3 böyük üsyanın yatırılmasında şəxsən özü iştirak etdi: Kastilyada çıxan Komunero üsyanı (1520–1521), Niderlandda çıxan kəndli üsyanı (1515–1523) və Gentdə çıxan kəndli üsyanı (1539–1540).

Karlın ispan müstəmləkələri səltənətinin yeganə və ən güclü maddi qaynağı idi. Amerika qitəsində Astekİnk imperiyalarının Kastilya krallığı tərəfindən işğalına, eyni zamanda mərkəzi və cənubi Amerikadakı nüfuzunun artmasına şərait yaratdı. Digər tərəfdən Yeni dünyadan gələn qızılgümüş axını da imperiyanın iqtisadi həyatını ayaqda saxlayırdı.

Karl taxtdan çəkiləndə hələ 56 yaşında idi. Buna baxmayaraq 40 ildir davam edən aktiv siyasi həyat onu yormuşdu və bir monastra qapanaraq son günlərini sakitliklə keçirmək istəyirdi. Belə də oldu. Sahib olduğu Müqəddəs Roma imperiyasını kiçik qardaşı Ferdinanda, İspaniya, Hollandiya və ispan müstəmləkələrini isə oğlu Filipə təhvil verərək İspaniyanın Estremadura əyalətindəki Yuste monastrına çəkildi. Ayrılan bu 2 imperiya XVIII əsrə qədər (yəni, ailənin İspaniya qolunun nəsli tükənənə qədər) dost və müttəfiq olaraq qaldı.

  1. 1 2 3 4 RKDartists (nid.).
  2. 1 2 3 4 5 6 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  3. 1 2 3 4 5 6 7 Kindred Britain.
  4. 1 2 Lundy D. R. Karl V von Habsburg, Holy Roman Emperor // The Peerage (ing.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search